Qorbaçovun səhhəti AĞIRLAŞDI

HADİSƏ 10 avq 2019, 18:08

Rusiyalı jurnalist Aleksey Venediktov SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovun səhhəti haqqında danışıb.


Jurnalist M.Qorbaçovun sağlamlığının pisləşdiyini “Naş” telekanalının efirində deyib.


Onun sözlərinə əsasən, sabiq dövlət başçısı son yarım ili xəstəxanada keçirib.


“Son iki ildir lap pisləşib”, - Venediktov bildirib.


O əlavə edib ki, Qorbaçovun zehni aydındır, lakin xəstəliklərə görə çətinliklə hərəkət edir.(oxu az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top