Güclü külək əsəcək — İstirahət gününün HAVASI

HADİSƏ 10 avq 2019, 12:20

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) istirahət günlərində gözlənilən hava şəraitini açıqlayıb.


Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Demokrat.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.


Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şimal-şərq küləyi avqustun 11-də arabir güclənəcək. Havanın maksimal temperaturu 30-34 dərəcə isti təşkil edəcək.


Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.


Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi avqustun 11-də arabir güclənəcək, avqustun 12-də şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.


Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi avqustun 11-də güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 27-30, bəzi yerlərdə 34 dərəcə isti təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top