"Paşinyanın söylədikləri nağıl danışmaqdan başqa heç nə deyil" — YAP-dan erməni baş nazirə CAVAB

"Dağlıq Qarabağ problemi çox çətin və çox mürəkkəb bir məsələdir, əsası da yüz illər bundan əvvəl qoyulub. Azərbaycan bu məsələdə Ermənistandan çox, bütün dünyanı bürümüş erməni diaspor dairələri və anti-Azərbaycan mərkəzləri ilə üz-üzədir. Həmçinin, 1993-cü ilə qədər hakimiyyətdə olan komandalar da problemin ağırlaşmasında az rol oynamayıblar. Belə ki, müstəqilliyimizi təzə bərpa edəndə bir sıra strateji imkanlar əldən verildi. Buna baxmayaraq 1993-cü ildən bəri bu məsələdə mövqeyimiz çox möhkəmlənib və problemi mütləq həll edəcəyik".


Demokrat.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.


Onun sözlərinə görə, Ermənistan bu problemə görə Azərbaycandan qat-qat çox uduzub:

 

Image result for Aydın Mirzəzadə


“Onun başçısının bu günlərdə söylədikləri erməni xalqına nağıl danışmaqdan başqa heç nə deyil. 31 ilə Ermənistanın əhalisini 5 milyona çatdırmaq planını birtəhər başa düşürəm. Amma 2050-ci ilə necə futbol üzrə dünya çempionu olacaqlar və ordu reytinqində 20-ci yerə qalxacaqlar, bu, artıq komediyadır. Ordu reytinqi 55 kriteriya ilə ölçülür, Ermənistanda isə bu göstəricilərin hamısı zəifdir. 


Bu gün reytinqdə 20-ci yerdə İspaniya ordusudur. İspaniyanın isə əhalisi 46 milyon, müdafiə büdcəsi isə 8,5 milyard dollardı”.(Etikxeber.az)

9 Avqust 2019, 19:19   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß