"Əliyev Ərdoğana zəng edərək, bu gözəl xəbəri dedi"

"Azərbaycanın Türkiyə ilə viza rejimini ləğv etməsi çox yaxşı oldu".


Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib. 


O, Orta Asiyadakı Türk dövlətləri ilə vizaların liberallaşdırılması ilə əlaqədar məsələlərə də münasibət bildirib:


"Coğrafi ərazi kimi Özbəkistanla Türkiyə əlaqələrinin hansı səviyyəyə gəldiyini görürsünüz. Biz o qardaş ölkələrin vətəndaşları üçün vizaları ləğv etdik. Lakin o ölkələrin öz dinamikası var.


Bu bizə istiqamətli bir şey deyil və digər ölkələrin də özlərinin siyasəti var. Biz qardaş ölkələrlə vizanı dayandırdıq.


Bəs o ölkələr niyə bu addımı atmır?


Bu məqamda Azərbaycanın Türkiyə vətəndaşlarına vizasız gediş-gəliş icazəsi verməsi çox mənalı oldu. Hörmətli, Azərbaycan prezident İlham Əliyev Ərdoğana zəng edərək, bu gözəl xəbəri dedi. Qardaşımız, Azərbaycanın səfiri, sentyabrın 1-dən etibarən vizaların ləğvi dair  sənədlərlə nazirliyimizə gəldi. Azərbaycanın bizim üçün vizanı ləğv etməsi çox mənalı idi. Türk məclisinin məqsədi budur və ticarətimizdəki bütün maneələri aradan qaldırmaq istəyirik".

9 Avqust 2019, 23:41   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß