Bakıda xadimə təcavüzə məruz qaldı - müqavimət göstərib qaçdı

HADİSƏ 09 avq 2019, 16:32

Bakıda bir kişi kafedə xadiməyə təcavüz etməyə cəhd göstərib.


Demokrat.az xəbər verir ki, bu barədə oxu.az-a Xətai rayonu hüquq-mühafizə orqanlarından məlumat veriblər.


Hadisə avqustun 7-si saat 02:00-da İsmayılov küçəsində kafenin yanında baş verib. 


40 yaşlı xadimə çalışdığı yerdən çıxıb evinə doğru getdiyi zaman hücuma məruz qalıb. Cinayətkar qadına təcavüz etmək istəyib, lakin qadın müqavimət göstərərək qaçmağı bacarıb.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 35-ci Polis bölməsinin əməkdaşları şübhəli şəxsi saxlayıblar. Bu, Knyaz Tarverdiyevdir. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

 

Bu arada, Binəqədi rayonunda taksi sürücüsü saxlanılıb. O, bu yaxınlarda Beynəlxalq Avtovağzal Kompleksinin yanında fahişəliklə məşğul olan bir qadına təcavüz edib.

 

Xatırladaq ki, zərərçəkmiş qadın iki kişi tərəfindən təcavüzə məruz qaldığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top