Gürcüstandan Avropaya reyslər Bakıdan üç dəfə ucuz başa gəlir

SOSİAL 09 avq 2019, 13:32

2019-cu ilin ilk beş ayında Azərbaycanın hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.

 

Bu, yarım il ərzində bütün hava limanlarında təxminən 2,5 milyon insanın daşıyan qonşu Gürcüstanla müqayisədə yüksək rəqəm deyil. Aydınlıq üçün əlavə edək ki, Azərbaycanın əhalisi 10 milyondan çoxdur, Gürcüstanda isə 5 milyondan çox insan yaşayır.

 

Ölkənin hava limanları arasında sərnişinlərin bölüşdürülməsi ilə bağlı məlumatlar səciyyəvidir. Paytaxtın Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 1.57 milyon sərnişin, yəni təxminən 85% düşür, Gürcüstanda Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanı isə 1.9 milyona yaxın sərnişinə xidmət göstərib ki, bu da 76% edir. (Turan)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top