Sumqayıt-Bakı elektrik qatarında problem yarandı - VİDEO

HADİSƏ 09 avq 2019, 09:21

Gecədən yağan güclü yağış Bakıda bir çox problemlər yaradıb.

 

Əlverişsiz hava şəraiti Azərbaycan Dəmir Yollarının işinə də mənfi təsir göstərib.

 

Belə ki, Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

 

Sumqayıtdan Bakıya yola düşən qatar hardasa 80 dəqiqəyə mənzilbaşına çatıb. Yəni Sumqayıtdan paytaxta ilk qatar saat 07:37-də çatmalı olduğu halda saat 08:17-də çatıb.

 

Qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

 

Bildirilir ki, qatarın gecikməsinə səbəb elektrik xəttinin qırılması və yolda yaranan texniki nasazlıq göstərilir. (Baku.ws)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top