Əliyar Ağayev Çempionlar Liqası matçına təyinat aldı

İDMAN 08 avq 2019, 19:25

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb.


Demokrat.az xəbər verir ki, Ağayev Avstriyada LASK və İsveçrənin “Bazel” komandaları arasında keçiriləcək III təsnifat mərhələsinin cavab matçını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. 


Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.


Oyun avqustun 13-də baş tutacaq.


Qeyd edək ki, LASK ilk görüşdə 2:1 hesabı ilə qalib gəlib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top