Almazbek Atambayev polisə təslim oldu

GÜNDƏM 08 avq 2019, 17:48

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.


Demokrat.az "İnterfaks"a istinadən xəbər verir ki, o, özü polisə təslim olub.
 

Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.
 

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top