“Bizi qarşıda möhtəşəm hərbi qələbə gözləyir” — Elman Nəsirov

GÜNDƏM 08 avq 2019, 15:18

"Ermənilərin və ermənipərəstlərin nəzərinə çatdırıram ki, erməni əsgəri Aprel döyūşlərində belə miskin halda idi. Bəzi daxili antimill ünsürlərin bu mənzərədən “kefinə soģan doģransa” da, bu, həqiqətdir".


Demokrat.az xəbər verir ki, bunu YAP rəsmisi, hakim partiyanın şöbə müdiri, millət vəkili Elman Nəsirov deyib.


“Başqa bir həqiqət isə ondan ibarətdir ki, qarşıda bizi möhtəşəm hərbi qələbə gözləyir.


O tarixi qələbənin daha tez baş verməsi naminə Ali Baş Komandanın ətrafinda daha sıx birləşərək, hər cür fədakarlığa hazır olmağımıza həmişəkindən daha böyük ehtiyac var”-deyə, YAP rəsmisi sözlərinə əlavə edib.(Etikxeber.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top