"Tolikin bəlkə başı xarab olub?!" — Fikirlərini danan YAP-çı deputatın SƏS YAZISI

GÜNDƏM 07 avq 2019, 15:11

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Tahir Rzayev Demokrat.az-a açıqlamasında Tarix Əliyev (Tolik) və digər onun kimi insanların YAP-a üzv olmasına etiraz edən fikirlər səsləndirib. Ancaq nədənsə Tahir Rzayev ötən gün gecə saatlarında bizimlə telefon əlaqəsi saxlayaraq, Toliklə bağlı fikirlərinin saytdan çıxarılmasını xahiş edib.

   

Səbəb kimi isə Tarix Əliyevin həmin fikirlərə görə ona zəng edərək, etiraz etdiyini bildirib:


"Gərək siz mənim Tolik haqqında fikirlərimi saytda yazmazdınız. Mən bunu ümumi danışmışam. Bayaqdan Toliklə bağlı mənə zəng olunur. Xahiş edirəm ki, Tolikin adı olan hissələri saytdan çıxarın".


Lakin Tahir Rzayevin həmin fikirləri deməsini sübut edən səs yazısı əlimizdə olduğuna görə sözügedən materiala heç bir dəyişiklik etmədik. 


Bu gün deputat yenidən Toliklə bağlı fikirlərinin təhrif olunması barədə "Yeni Sabah"a açıqlama verərək, özünü "doğru" çıxarmağa çalışıb:


“O sözü mən deməmişəm, mənim sözümü təhrif ediblər.  Sözümü təhrif edən jurnalistlə də danışdım, ona dedim ki, “Bir də belə şey olmasın”.  Tarix Əliyev özü də mənə zəng etmişdi. Düzü, mən sadə adamların şəxsi məsələsinə qarışan deyiləm.  Jurnalist mənə sualı ünvanlayanda  bir neçə şəxsin də adını çəkdi ki, bunlar “belədir”.  


Mənsə dedim ki, “Bilirsiziniz nə var,  hər bir adamın özünün şəxsi işi var, şəxsi dünyagörüşü var”. O sözümü təhrif olunmuş şəkildə yazıblar.  


Həmin xəbərlərdən sonra jurnalistə zəng edib iradımı bildirdim, belə şeylər etməmələrini söylədim. Bunlar jurnalistə xas olan məsələlər deyil, çünki hər bir insan özünün dünyagörüşünə görə, özünün əqidəsinə görə yaşayır. Əlbəttə ki, bütün cəmiyyətlərdə  müəyyən qüsurlar var. 


Kommunist partiyası dövründə də kommunist partiyasının bəzi üzvlərində  nöqsanlar olub,  indi ola  bilər ki, hansısa  siyasi təşkilatın, partiyanın üzvlərində də olsun.  Amma bu mənim vəzifəm deyil axı. Hər bir partiyanın öz nizamnaməsi var, o nizamnamə əsasında  üzvlər seçilə bilər.


O xəbəri təhrif olunmuş formada vermişdilər. Jurnalistə bildirdim ki, olmaz axı belə şeylər, kim olur olsun, o  insandır, özü də o da jurnalistdir sizin kimi. 


Mən axı belə bir şey demərəm, bu mənim əxlaqıma uyğun deyil.  Kim  haqqındasa belə kobud ifadələr işlətmərəm.  Bu yalan məsələdir, mən belə sözlər işlətməmişəm”.


Etik baxımdan doğru olmasa da, deputat T.Rzayev bu fikirlərdən sonra özü məcbur etdi ki, onun Tolik haqqında dediklərinin səs yazısını oxuculara təqdim edək: 

 

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top