Dubay-Bakı aviareysi ləğv edildi

HADİSƏ 07 avq 2019, 13:17

Avqustun 6-da həyata keçirilməli olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib, bu barədə məlumat Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda yer alıb.  

 

"FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 21:50-də "FZ 8945” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub. Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 22:50-də Bakıdan Dubay istiqamətində "FZ 8946” saylı reysi də ləğv edilib.

 

Aviareyslər "Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

 

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top