Özünü və sürdüyü "Hummer"i yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA

SOSİAL 07 avq 2019, 12:06

Şəmkir rayonunda qeydə alınan insidentlə bağlı Daxili İşlər Nazirliyinin Qərb Regional Qrupundan rəsmi məlumat verilib.

 

Baş inspektor Eşqin Qasımov bildirib ki, hadisə olan ərazi Şəmkir Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir.

 

"Bu gün hadisə baş verən yer Şəmkir rayon Dövlət Yol Polisinin dayanacağı kimi istifadə edilmir. Vaxtı ilə həmin ərazi DYP-nın dayanacaq yeri olub bu gün isə Şəmkir rayon DYP-nin dayanacağı deyil".

 

Eşqin Qasımov əlavə edib ki, hadisəyə səbəb Şəmkir rayon sakini Həsənov Fuad Aydın oğlunun banka külli miqdarda borcu olmasıdır. 2013-cü ildə məhkəmənin qərarı ilə həmin şəxsin avtomobilinə həbs qoyulub. İnsident də F.Həsənovun "Hummer" avtomobilini götürmək istəyərkən baş verib. Həmin şəxs heç bir polis əməkdaşı ilə konfilikt yaşamayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.(baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top