Kürdəmirdə fəhlə işlədiyi binadan yıxılıb öldü

HADİSƏ 06 avq 2019, 22:15

Kürdəmir rayonunda binadan yıxılan fəhlə xəstəxanada dünyasını dəyişib.

 

Demokrat.az "Report"a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, Rəmzi Qələbə oğlu İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.


Qeyd edək ki, hadisə rayon ərazisində məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib.

 

Belə ki, rayonun Atakişili kənd sakini, 1971-ci il təvəllüdlü Rəmzi Qələbə oğlu İbrahimov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. 

 

Qeyd edək ki, bu, həmin tikintidə baş verən üçüncü hadisədir. Bundan əvvəl iki nəfər həmin tikintidə hündürlükdən yıxılaraq ölmüşdü.


Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top