Azərbaycanlı nazir tərsinə asılmış bayrağımızı düzəltdi, sonra çıxış etdi (VİDEO)

HADİSƏ 06 avq 2019, 20:40

Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib. Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb. 

 

Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəlikləri tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.

 

Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:

 

Azxeber.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top