Bu yol bağlı olacaq — SABAH

HADİSƏ 06 avq 2019, 19:12

Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saat 8:00-dən Abdulla Şaiq küçəsindən Nəriman Nərimanov prospektinə keçid üçün nəzərdə tutulmuş geriyə dönmə yeri nəqliyyat vasitələrinin hərəkətinə bağlanacaq.


Bakı Nəqliyyat Agentliyindən Demokrat.az-a verilən məlumata görə, sürücülərdən alternativ yol kimi Fuad İbrahimbəyov küçəsindən istifadə etmələri xahiş olunur. Təmir-tikinti işlərinin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.


Dəyişikliklə əlaqədar 6 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslar Fuad İbrahimbəyov küçəsindəki ikinci geriyə dönmədən istifadə etməklə hərəkət edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top