AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı — VİDEO

HADİSƏ 06 avq 2019, 15:57

"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone" markalı mobil telefon tapılıb. 


BAKU.WS-in əldə etdiyi məlumata görə, mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub. 


Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone"ların ora yerləşdirilməsi məlum olub.


Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş.


Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq.


O, bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top