Yevlaxda bulvar çökdü - FOTO

HADİSƏ 06 avq 2019, 11:47

Yevlaxda Kür çayının sahilində bulvarda çökmə olub.

 

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

 

Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Xalid Əhmədov faktı saytımıza təsdiqləyib.


Onun sözlərinə görə, ərazidə suyun altında qalan turbalar eroziyaya uğrayıb:

 

“Hazırkı bulvar ərazisinin yerində daha əvvəl kiçik bir park olub. Park baxımsız vəziyyətdə, suyun içərisində olduğundan əsaslı yenidənqurma işləri aparılıb. Çox güman ki, suyun içərisində qalan dəmir turbalar eroziyaya uğrayıb. Bu səbəbdən də üzərindəki yükü saxlaya bilməyib və çöküb. Hadisə zamanı heç kim xəsarət almayıb.

 

Biz əraziyə baxış keçirmişik. Təhlükəsizlik məqsədilə həmin ərazi nəzarətə alınıb. Üzərindən beton örtüyü götürülüb. Təmir işləri üçün zəruri olan materiallar sifariş edilib. Ən qısa zamanda çökən hissə bərpa ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top