Qaz verilişi 5 rayonda dayandırıldı - RƏSMİ AÇIQLAMA

SOSİAL 06 avq 2019, 11:24

Bu gün səhər saat 09:00-dan iki gün müddətinə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz xəttində təmir işləri planlaşdırılıb.

 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən Demokrat.az-a verilən məlumata görə, bu müddət ərzində Ağsu, Kürdəmir, İsmayıllı və Göyçay rayonlarının bir neçə qəsəbə və kəndində qaz təchizatı dayandırılıb.

 

Bundan başqa saat 10:00-dan 18:00-a qədər Qazax rayonunun mərkəzində də qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bu zaman kəsiyində qaz xətlərində aşkarlanmış qaz sızmalarının ləğvi, korroziyaya uğramış hissələrin dəyişdirilməsi işləri icra olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top