Qəbələ toyunda zəhərlənənlərin sayı 75-ə çatdı

HADİSƏ 06 avq 2019, 09:08

Qəbələnin Zərgərli kəndində baş tutan toydan sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. 

 

Səhiyyə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.

 

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb. 

 

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top