Sumqayıtda həkim baş həkimi bıçaqladı - FOTO

HADİSƏ 05 avq 2019, 23:31

Sumqayıtda həkim baş həkimi bıçaqlayıb. Hadisə 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də baş verib.

 

Belə ki, stomatoloji klinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında mübahisə yaranıb. Daha sonra İbrahimov baş həkimin otağına daxil olaraq onun qarın boşluğuna bir neçə bıçaq zərbəsi endirib.

 

Şahin Baxşəliyev xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan həkimin komada olduğu bildirilir.

 

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.(qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top