Yer kürəsi tarixinin ən isti iyulunu keçirdi

MARAQLI 05 avq 2019, 22:42

Yer kürəsinin meteoroloji müşahidələr tarixi ərzində iyulda heç vaxt bu qədər yüksək temperatur qeydə alınmamışdı.


Demokrat.az xəbər verir ki, bu haqda Avropa iqlim dəyişikliyi müşahidələri xidməti məlumat verib.


İyulda ümumi temperatur əvvəlki ən yüksək göstəricini 0,04 dərəcə geridə qoyub. Axırıncı dəfə ən isti ay 2016-cı ilin iyulu adlandırılmışdı.


Ümumiyyətlə, bu ilin iyulunda Avropada anomal istilər müşahidə olundu. Bir çox ölkələrdə temperatur rekordu qeydə alındı. Məsələn, Fransada əqrəblər ən yüksək istiliyi (+42,4) göstəriridi. Alyaskada son 50 ilin ən yuxarı temperaturu statistikaya düşdü.(Bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top