Azərbaycanlı teleaparıcının əri həbs edildi

HADİSƏ 05 avq 2019, 19:32

ANS-in keçmiş aparıcısı Elnarə Təhməzovanın həyat yoldaşının həbs xəbəri yayılıb.


Məlumatda qeyd edilir ki, 2015-ci ilin avqustun 8-də ərə gedən aparıcı Elnarənin əri məşhur biznesmen Hacı Rövşən ABŞ xüsusi xidmət orqanları tərəfindən həbs olunub.


İddia olunur ki, o, terror təşkilatı üçün 500 milyon dollar çirkli pul yumaqda ittiham olunub və məhkəmənin qərarı ilə ABŞ-da Rza Zərrabın da cəza çəkdiyi həbsxanaya yerləşdirilib.


Son illər Elnarə və həyat yoldaşı Dubayda yaşasa da, ərinin həbsindən sonra aparıcı bugünlərdə Bakıya qayıdıb. (minval.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top