Azərbaycanda vəzifəli şəxs həbsxanadan çıxandan sonra vəfat etdi

HADİSƏ 05 avq 2019, 20:29

Uzun müddət Lənkəran səhiyyə şöbəsinin müdiri olmuş rayonun tanınmış həkimlərindən Nurəddin Qurbanov vəfat edib.


Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, N.Qurbanov dünən Lənkəran şəhərində xəstəlik səbəbindən 70 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, N.Qurbanov barəsindəki pul mənimsənilməsi şikayətindən sonra 2014-cü ildə işdən çıxarılmış və daha sonra həbs edilmişdi. Bir müddət həbsxana həyatı yaşayan həkim azadlığa çıxandan sonra xəstəliyi ilə mübarizə aparıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top