Norveçli məşhur blogger: "Azərbaycanın milli geyimlərində özümü kraliça kimi hiss elədim” — VİDEO/FOTOLAR

MARAQLI 05 avq 2019, 18:54

KANAL 5-in efirində yayımlanan “Uzaqdakı Yaxınlar” verlişinin bu dəfəki  qonaqları norveçli məşhur blogger Jeanette Elise Hildebrandt və dünya şöhrətli modelyer, Norveç Kral ailəsinin dizayneri Şervin Nəcəfpur olub.


Bu yaxınlarda Azərbaycanda səfərdə olduğun bildirən blogger qeyd edib ki, Azərbaycanda onu çox isti və yüksək qonaqpərvərliklə qarşılayıblar: 


“Azərbaycanla Norveç arasında çox oxşarlıqlar var. Mən Azərbaycanda olarkən mədəniyyət şoku keçirmədim. Özümü Avropada olduğu kimi hiss elədim” - deyə Jeanette Elise Hildebrandt bildirib.


Jeanette Elise Hildebrandt və Şervin Nəcəfpurla müsahibəni buradan izləyə bilərsiniz:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top