Paşinyan qədim Azərbaycan torpaqlarında rəqs elədi — Hamını Qarabağa çağırdı (VİDEO)

HADİSƏ 05 avq 2019, 18:16

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün qədim Azərbaycan torpaqları olan Dərələyəzdə, indiki Sünik vilayətində kabinetinin bir neçə üzvü ilə birlikdə asma körpünün üstünə çıxaraq rəqs edib, tərəfdarlarını Qarabağa toplaşmağa çağırıb.


Demokrat.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyanın körpüdə rəqsi “Sparapet Günü” bayramı ilə əlaqəlidir. 


Erməni rəvayətlərinə görə 18-ci əsr erməni “milli-azadlıq hərəkatının” lideridir, Qarabağ və Dərələyəz ermənilərinin İrana qarşı mübarizəsinə rəhbərlik etmiş sərkərdədir.


Paşinyan körpüdə rəqsini Facebook üzərindən canlı yayımlayıb, kadrlara əsasən o Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla və müdafiə naziri David Tonoyanla “Köçəri” rəqsinə oynayır.


Paşinyan kadr arxasından bildirir ki, bu gün rəqs edənlər təkcə nazirlər deyil, körpünün altındakı qayalıqlarda və dərədə toplaşan yerli sakinlərdir.


Baş nazir sosial şəbəkələrdəki abunəçilərini  Sünik vilayətinə və Qarabağa toplaşmağa səsləyib. Sünikdə rəqsini başa vuran Paşinyan işğal altındakı Dağlıq Qarabağa gəlib.


Xatırladaq ki, Paşinyan bu gün Xankəndində mitinq keçirəcəyini anons edib.(Virtualaz.org)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top