Azərsun Holdinq duzları kanalizasiya suyundan toplayır? — DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

SOSİAL 05 avq 2019, 17:38

Azərsun Holdinqin inşa etdirdiyi Masazır Duz Zavodunun əsas xammal mənbəyi sayılan Mazasır gölü ekoloji fəlakətlə üzləşib. 


Bu barədə Demokrat.az-a Masazır sakinləri müraciət ediblər. 


Sakinlər qeyd edir ki, hazırda Masazır gölü ətrafında yerləşən bahalı villaların kanalizasiya tullantıları sözügedən mənbəyə axıdılır. 


Sakinlər bildirir ki, Azərsun Holdinqə məxsus olan "Bizim duz" və "Azərduz" markaları məhz bu göldən toplanılan duzlardan hazırlanır. 


Məsələ ilə bağlı Azərsun Holdinqlə telefon əlaqəsi saxlasaq da, cəhdlərimiz alınmadı. 

 

Image result for azərduz

 

Qeyd edək ki, "Kanal13" internet televiziyası sözügedən ərazidə araşdırma aparıb. Həmin araşdırmanın görüntülərini təqdim edirik:

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top