İmtina edilən 4 uşağın atası tapıldı — Çəkilişə mane oldular (VİDEO)

SOSİAL 05 avq 2019, 17:00

Xəbər verdiyimiz kimi, Space TV-də Amil Xəlilin aparıcısı olduğu "Olar? Olmaz!" verilişində növbəti maraqlı anlar yaşanıb. Belə ki, verilişin ötən həftə buraxılışında ana 4 övladını sığınacaqa vermək istədiyini bildirmişdi və teleaparıcı hələlik uşaqları "Təmiz Dünya" İB-nə yerləşdirmişdi. Ötən gün isə uşaqların atası ortaya çıxıb. 


O, balalarını axtardığını və tapa bilmədiyini bildirib. 


Televiziyada uşaqlarını görən ata onlara nə lazımdırsa edəcəyini və uşaqları bu hala həyat yoldaşı Səidənin saldığını bildirib.
 

Çəkiliş zamanı isə digər maraqlı anlar qeydə alınıb. Teleaparıcı Binəqədi rayonu ərazisində yerləşən parkların birinin kənarında çəkiliş apararkən 2 nəfər şəxs tərəfindən çəkilişə münaxilə olunub. Bəlli olub ki, həmin şəxslər Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları olub.


Aparıcı Amil Xəlil çəkilişi böldükləri üçün həmin şəxslərə iradını bildirib.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top