Külək Bakıda “şou” göstərir — VİDEO

HADİSƏ 05 avq 2019, 16:22

Bu gün Bakıda əsən güclü külək bir sıra fəsadlar törədib. 


Demokrat.az xəbər verir ki, hadisələrin görüntüləri sosial şəbəkədə paylaşılıb. 


Videolarda Bakıətrafı ərazilərdə yollarda toz qatının avtomobillərin hərəkətində çətinliklər yaratması əks olunub. 


Bundan başqa, küləyin insanların küçədəki hərəkətinə mane olduğu yayılan videolardan açıq-aydın görünür.


Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s olacağı, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.(oxu.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top