“Sədərək"dəki yanğında polislər həyatlarını təhlükəyə ataraq insanları belə xilas etdilər — VİDEO

GÜNDƏM 05 avq 2019, 11:36

Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinin ərazisində anbarlardan birində baş vermiş yanğının söndürülməsi zamanı polis əməkdaşları da böyük fədakarlıq göstəriblər.


Demokrat.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə bildiriblər.


Yanğının söndürülməsində, eləcə də, insanların ərazidən təxliyyə edilməsində, xəsarət alanlara kömək etməkdə Qaradağ polisi böyük işlər görüblər.


Eyni zamanda ərazidən malların daşınmasında polislərin köməkliyi olub.
 

Fədakarlıqları zamanı polis əməkdaşlarından halı pisləşənlər də olub. Onlara təcili yardım göstərilib.


Qeyd edək ki, ötən gün "Sədərək" ticarət mərkəzindəki yanğın söndürülüb.


Hadisə zamanı polis, FHN əməkdaşları da xəsarət alıblar.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top