"Dərmanlar da kömək etmir" — Azərbaycanlı aktyorun vəziyyəti pisləşdi

HADİSƏ 05 avq 2019, 11:17

Aktyor Allahverdi Yolçuyevin səhhəti pisləşib.

 

Demokrat.az bildirir ki, aktyor ağır Parkinson xəstəliyindən əziyyət çəkir.


A.Yolçuyev son günlər vəziyyətinin lap pisləşdiyini deyib. O, müalicə üçün maddi imkanının olmadığını vurğulayıb və kömək istəyib:


"Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, "Parkinson" xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?"


Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb:


"İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır".(axşam.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top