Putin Trampa başsağlığı verdi

GÜNDƏM 04 avq 2019, 23:58

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa ABŞ-da baş verən son terror aktları ilə bağlı başsağlığı teleqramı göndərib.


Demokrat.az bildirir ki, bu barədə Kreml məlumat yayıb.


Xatırladaq ki, ötən gün ABŞ-ın El-Paso şəhərində (Texas ştatı) “Cielo Vista” ticarət mərkəzinin ərazisində yerləşən “Walmart” mağazasında 21 yaşlı şəxs insanlara atəş açıb. İnsident nəticəsində 20 nəfər həlak olub, 26 nəfər isə yaralanıb.


Daha bir atışma ABŞ-ın Deyton şəhərində (Ohayo ştatı) baş verib. İnsident nəticəsində atəş açan şəxs də daxil olmaqla, 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.


Bu gün Çikaqoda törədilən iki terakt zamanı isə 9 nəfərin yaralandığı bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top