ABŞ-dakı atışmada 10 nəfər öldü

DÜNYA 04 avq 2019, 10:30

ABŞ-ın Texas ştatında atışma olub.


 
BakuPost-un xarici mediaya istinadən məlumatına görə, hadisə El Paso şəhərində yerləşən "Walmart” ticarət mərkəzində qeydə alınıb.

 

Jurnalist Kamilla Rambaldi hüquq mühafizə orqanlarına istinadən bildirib ki, baş verən atışmada 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

El Paso şəhərinin polisi ticarət mərkəzində atəş açan şəxslərdən birinin həbs edildiyini açıqlayıb. Polisin bildirdiyinə görə, silahlı şəxslər bir neçə nəfər olub.

 

CNN-nin verdiyi məlumata görə, baş verən silahlı insidentlə bağlı artıq üç nəfər saxlanılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top