"Kişiliyiniz varsa, zəng edin, canınızı alaram" - Tolik hədələdi

ŞOU-BİZNES 03 avq 2019, 23:17

Prodüser Tarix Əliyev (Tolik) küsülü olduğu müğənni Rəhim Rəhimlinin ünvanına sərt sözlər deyib.

 

Axşam.az xəbər verir ki, Tolik "Hər şey daxil" verilişində qonaq olan Aysun İsmayılovun "Dostumuz Rəhim Rəhimli" ifadəsinə "Öz adından danış, dostun. Mənim dostum deyil" cavabını verib.

 

Tolik daha sonra müğənnilərə klipini onun proqramında qadağa qoyanlara səslənib:

 

"Televiziyada işləyən adamlara səslənirəm: Bizim verilişdə klipi təqdim etməyə qadağa qoyublar. Bir də eşitsəm ki, kiməsə klipi bizdə təqdim etməyə qadağa qoyursunuz... Birincisi, dədənizin kanalı yoxdur. Bu gün ordasınız, sabah atarlar sizi bayıra. Bunu ad çəkmədən deyirəm. Rəhimin adına yozulmasın. Bəlkə ğzü yox, əlaltıları deyir. Mən də müğənniyə şərt qoyacam ki, ya o, kanalda (söhbət MTV Azərbaycandan gedir - red.) klipiniz getsə, mənim verilişə gəlmə. Görüm müğənnilər quru-quru sizin kanalda klipini yayımlayacaq, yoxsa, mənim verilişə gələcək? Cürətiniz, kişiliyiniz varsa, zəng edin, deyin ki, Tolik, səninlə müharibə aparıram. Müğənnilər mənə zəng edirlər ki, sənin proqrama klipimi gətirmək istəyirəm, amma MTV qadağan edir.

 

Əlaltılarınız var, gecələr partilər düzəldirlər. Bir-iki dəfə danışdız haqqımda, əvvəlki Tolik deyiləm, canınızı alaram. İnsan alverinə getmirəm, pis işlərlə məşğul olmuram. Lazım gəlsə, sizdən şikayət edərəm. Rəhimin adından istifadə edib, məni onla düşmən etməyin.

 

Rəhimin də sözü varsa, özümə zəng vursun. Çıxıb efirdə mənə cavab verir. Mənim cavabımı verə bilməzsən".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top