Zelenski bəzi ölkələrlə viza rejimini ləğv edir

DÜNYA 03 avq 2019, 22:25

Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra ölkələrlə viza rejimini ləğv etmək niyyətindədir.

 

Prezident bu barədə Ukraynada səhiyyə turizminin inkişafı ilə bağlı keçirilən müşavirədə deyib.

 

“Biz vətəndaşları müalicə almaq üçün tez-tez Ukraynaya gələn ölkələrin siyahısını hazırlamalı və onu Xarici İşlər Nazirliyinə təqdim etməliyik. Xüsusilə bunu sərhədi keçərkən maneələrlə üzləşən xarici ölkə vətəndaşları üçün etməliyik”, - Zelenski deyib.

 

Prezident söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.(Virtualaz.org)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top