"Azəravtoyol" cərimələnməsi ilə bağlı məsələyə REAKSİYA VERDİ

SOSİAL 03 avq 2019, 21:10

Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev və Ə.Haqverdiyev küçələrində yol çəkilişi zamanı ağacların kəsilməsi və zədələnməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda aparılan yol tikintisi ilə əlaqədar tikinti altına düşən ağacların ərazidən köçürülməsi ilə bağlı verilmiş ekspertiza rəyinin tələblərinə əməl olunmadığı məlum olub.

 

Eyni zamanda, köçürülmə zamanı xüsusi texnikadan istifadə edilmədiyi, nəticədə ağacların bir qisminin zədələndiyi aşkar edilib.

 

Faktla bağlı "Azəravtoyol" Dövlət Agentliyi barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır. Ərazidəki digər ağacların köçürülməsi zamanı aqrotexniki qaydalara əməl etmələri üçün Agentliyə icrası məcburi olan “məcburi göstəriş” verilib.

 

"Azəravtoyol" Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Ekologiya Nazirliyinin müvafiq məhkəmə müraciəti barədə Modern.az-a açıqlama verib. Qurum sözçüsü bildirib ki, məsələ hazırda hər iki qurum mütəxəssislərinin iştirakı ilə araşdırılır: “Həmin ərazidə işlər verilmiş ekspertiza rəyinə uyğun olaraq həyata keçirilib. Bu zaman müvafiq qurumların əməkdaşları tərəfindən nəzarət həyata keçirilib. Orada qanunsuz heç bir proses həyata keçirilməyib. Hazırda yenidən araşdırma aparılır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top