Xlordan zəhərlənənlərin sayı 38-ə çatdı

DÜNYA 03 avq 2019, 18:00

Çinin paytaxtı Pekində hovuza xlor sızması nəticəsində azı 38 nəfər xəstəxanaya yerləşdirilib.


Demokrat.az trend-ə istinadən xəbər verir ki, hovuzda olanlar ürək bulanması və baş gicəllənməsi hiss ediblər.


Nəticədə onlar xəstəxanaya yerləşdirilib və həmin şəxslərin xlordan zəhərləndikləri məlum olub.


Qeyd olunur ki, hovuz sınaq rejimində fəaliyyətə başlayıb. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top