Türkiyədə azərbaycanlı turistlərin avtobusu aşdı - yaralılar var

DÜNYA 03 avq 2019, 17:07

Türkiyədə azərbaycanlı turistlərin olduğu avtobus aşıb.

 

Qaynarinfo İHA-ya istinadən xəbər verir ki, hadisə Nevşehir şəhərinin Avanos rayonunda baş verib. Nəticədə 14 azərbaycanlı turist yaralanıb.

 

Azərbaycanlı turistlər Kapadokya bölgəsini ziyarətə gedirmiş. Avtobusda 18 nəfər olub, onların 14-ü yaralanıb. Xəsarət alanlara yerli dövlət xəstəxanasında ilkin yardım göstərilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top