"Niva" "BMW"ni arxadan vurdu — Sərnişinin başı şüşəni sındırdı

HADİSƏ 03 avq 2019, 14:04

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, avtoqəza Azadlıq prospektində qeydə alınıb. 


İsmayılov Mahir Sabir oğlunun idarə etdiyi "VAZ 2121" ("Niva") markalı minik maşını manevr zamanı idarəetmədən çıxıb və yolun kənarında dayanmış Xasayev Sərdar Yengibar oğluna məxsus "BMW" markalı avtomobilə çırpılıb. 


Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişin təhlükəsizlik kəmərini taxmadığı üçün başı qabaq şüşəyə dəyib.


Hadisənin səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top