Messi üç aylıq diskvalifikasiya olundu

İDMAN 03 avq 2019, 11:12

Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL) Argentina yığmasının hücumçusu Lionel Messinin 3 ay müddətinə diskvalifikasiya olunması haqqında qərar qəbul edib.

 

"El Mundo" nəşri xəbər verir ki, futbolçunun cəza müddəti noyabrın 3-də başa çatacağından, o, milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

 

"Barselona"nın forvardı həmçinin 50 min dollar məbləğində cərimə ödəməli olacaq.

 

Messinin cəzalandırılmasına Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı onun Cənubi Amerika məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün əllərindən gələni etməkdə ittiham edib. Messinin fikrincə çempionatda hakimlər Argentina millisinə qarşı qərəzli olublar.

 

Daha əvvəl Messi Amerika Kuboku çərçivəsində Çili ilə üçüncü yer uğrunda keçirilən matçda qırmızı vərəqə alması səbəbindən martda DÇ-2022-nin birinci təsnifat mərhələsi oyununu buraxacağı bəlli olmuşdu.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top