“Məmurlar istənilən yollarla turizm sektoruna nəzarəti dövlətə qaytarmaq istəyir” - Natiq Cəfərli

İQTİSADİYYAT 03 avq 2019, 00:12

Son vaxtlar turizm sektoruna görə məsul şəxslər bu biznesə nəzarətin onlara qaytarılmasını fəal təbliğ şəkildə edirlər.

 

Bu dəfə turistlərin müxtəlif şirkətlərlə bağlı şikayətlərinin artdığını deyən Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov fərqlənib.

 

Onun sözlərinə görə, dövlətin bu sektoru tənzimləməkdən imtina etməsi güya turistlər üçün ciddi problemlər yaradıb, bu da turizmin imicində mənfi şəkildə əks olunur.

 

Bu bəyanatı şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, dövlətin turizm sektorunu tənzimləməsi dünyada nonsesdir.

 

"Belə bəyanatlar nəzarətin dövlətə qaytarılması üçün səsləndirilir. Bu məqbul deyil. Dövlətin turizmə dair nazirliyi ya da agentliyi olmalıdır, o da sektorun ümumi strategiyası ilə məşğul olmalıdır, onu idarə etməməlidir. Məmurlar dövləti təmsil edərək bu sahənin oyunçuları və hegemonları olmaq istəyirlər", - deyə o bildirib.

 

Ekspertin sözlərinə görə, Azərbaycanın turizm sektoru hələlik xalq sektoruna çevrilməyib.

 

"Turizm sektoruna yaxud ona yaxın sektorlara 23 min adam cəlb edilib,bu da əhalinin heç 1%-i deyil. Gürcüstanda bu göstərici 27-28% bərabərdir. Türkiyədə mövsümdə turizm sektoruna 7-8 mln. adam cəlb edilib, bu da bu ölkəyə qısa müddətdə dünya liderlərindən biri olmağa imkan verib", - deyə N.Cəfərli qeyd edib.

 

O hesab edir ki, ayrı-ayrı məmurlar bu sektoru tam nəzarətə götürmək istəyir.

 

N.Cəfərli qeyd edib ki, Azərbaycanda problem ondadır ki, ölkə ilk baxışdan cəlbedici olan, lakin bütün sektorun inkişafını ləngidən elitar turizmə üstünlük verir.

"Bizdə hostellərin sayını barmaqla saymaq olar, həmin Tbilisdə onların sayı olduqca çoxdur. Məhz belə yanaşma turizm sektorunu xalq sektoruna çevirir. Ancaq təəssüf ki, bu sektora görə məsul olan şəxslər yalnız istənilən yolla sektora nəzarəti özlərinə qaytarmaq barədə düşünür", - deyə N.Cəfərli fikrini bitirib.

 

Turan

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top