"Mançester Yunayted" rekord transfer reallaşdırmağa çox yaxındır.
Demokrat.az "Telegraph"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Lester" ilə danışıqlarda müdafiəçi Harri Maquayr üçün razılığa gəlib. Dayaq müdafiəçinin 85 milyon funt-sterlinq qarşılığında dəyər tapdığı məlum olub.
Qeyd edək ki, Maquayrın keçidi baş tutsa, o, futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. İndiki halda, müdafiəçilər arasında rekord transfer qiyməti Vircil Van Deykə məxsusdur. Hollandiyalı "Sauthempton"dan "Liverpul"a 75 milyon funt-sterlinq dəyərində transfer edilmişdi.