Bayram günlərində Bakı-Gəncə istiqamətində əlavə qatarlar qoşulacaq

SOSİAL 02 avq 2019, 21:31

Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə 10 və 13 avqust tarixlərində əlavə qatar təyin ediləcək.

 

"Azərbaycan Dəmir Yolları” QSC-dən Demokrat.az-a verilən məlumata görə, Bakıdan 10 avqustda 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq.

 

"Bakıdan və Gəncədən 13 avqustda 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və Bakıya saat 22:45-də çatacaq”, - deyə məlumatda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top