Zakir Həsənov Sergey Şoyqunun dəvətilə Rusiyaya getdi

SİYASƏT 02 avq 2019, 20:09

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

 

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də "Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və "Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top