Tanınmış aparıcı ATV-dən getdi - FOTO

SOSİAL 02 avq 2019, 16:04

"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) sevilən simalarından olan Dj Tural kanalı tərk edib.

 

Demokrat.az bildirir ki, Redaktor.az-a açıqlama verən aparıcı onun kanaldan uzaqlaşdırılmadığını bildirib:

 

"Avtostop" layihəsi artıq 7 ildir ki, ATV-də yayımlanır. Kanal ilə müqaviləmiz bitdiyinə görə, yollarımızı ayırdıq. Bir yerdə addımlamamaq üçün yenilik etdik. Layihənin inkişafı, daha da önə getməsi üçün bu qərarı verdik. Bir çox yerlərdən təkliflərin gəlməsinə baxmayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətini (İTV) seçdik. Buna səbəb isə sözügedən kanalın və radionun dinləyici kütləsinin Azərbaycanın 92%-ni təşkil etməsidir. Azərbaycan təkcə Bakı və Abşerondan ibarət deyil. Hər yerdə sürücünün problemi var, amma hamısı məni eşitmir.  Daha böyük auditoriya qarşısına çıxmaq üçün yerimizi mütləq dəyişməliydik. İTV-də standart müəyyən edəcəyik və özəl radiolar da bu standartla ayaqlaşmaya çalışacaqlar. Özəllər reytinq üçün çalışırlar, biz isə sübüt edirik ki, ciddi yerdən də reytinq qazanmaq mümkündür".

 

Aparıcı ATV-dən getməsinin verilişin dinləyicisi sayına təsir etməyəcəyini vurğulayıb:

"Sevgi yer deyişməklə ölçülmür. Ya sevilirsən, ya da sevilmirsən. İctimai TV yeniliklərə açıqdır. Bura mənim üçün yeni çağırış, arenadır. Veriliş maraqlıdırsa, ona AzTV, İTV, ATV-dən də baxacaqlar. Tənqidlər davam edəcək. Problemi olan insanların səslərini yenə çatdıracam. Qanun ilə izah edib, marifləndirəcəyik. Səhv yox, düz addım atdıq".

 

Məsələylə bağlı "Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin prezidenti Azər Xəlilovla əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top