“Şah İsmayıla yeni və möhtəşəm abidə ucaldılmalıdır” – Sabiq deputat

SOSİAL 02 avq 2019, 14:48

“Söhbət ordenin ləğvi ətrafinda getməməlidir. Mən bu barədə bir neçə dəfə yazmışam. Anti-Azərbaycan dairələrinin Azərbaycan tarixini qəhrəmansızlaşdırmaq, Azərbaycan xalqını lidersizləşdirmək cəhdləri heç vaxt səngiməyib. Belə təxribatlar bu gün də davam edir. Bəzən biz özümüz də ya bilərəkdən, ya da bilməyərəkdən bu təhlükəli və məkrli bir prosesin iştirakçısına çevrilirik”.

 

Demokrat.az xəbər verir ki, bunları sabiq deputat Alqış Musayev deputat Fazil Mustafanın “Şah İsmayıl” ordeninin ləğvi barədə təklifinə münasibət bildirərkən deyib.

 

A.Musayev hesab edir ki, Şah İsmayıl Azərbaycan xalqının milli dəyəridir və ona layiqli münasibət göstərilməlidir: “Şah İsmayıl bizim milli dəyərimizdir. Ona sahib çıxmalı və yaşatmalıyıq. Təəssüf ki, çox vaxt milli dəyərlərimizi təbliğ etmək əvəzinə onları amansızcasına istismar edirik. Necə ki, 1992-93 cü illərdə Şah İsmayıl mövzusu da belə bir istismara məruz qalıb. Tələm-tələsik heykəl qoydular. Yəqin əksəriyyət razılaşar ki, o abidə Şah babamıza yaraşan bir heykəl deyil. Eyni naşılıqla və bəsirətsiziklə Şah İsmayıl ordenini təsis etdilər. Bu bir aksiomadır ki, pis işlənmiş bir mövzuya ikinci dəfə qayıtmaq çox çətin olur. Ya da ümumiyyətlə mümkün olmur. Mən hesab edirəm ki, vəziyyədən çıxmaq olar. İlk növbədə Şah İsmayılın heykəlindən başlamaq lazımdır. Yenidən müsabiqə elan olunmalı, Şah İsmayılın sərkərdə obrazını əks etdirən möhtəşəm abidə ucaldılmalıdır. Amma indiki yerdə küçənin ortasında yox, geniş parkların birində.

 

Şah İsmayıl ordeninə gəldikdə isə, bu ordenin statusuna və adına yenidən baxmaq olar. Və vacibdir. Ölkənin ali hərbi ordeni olan bu dövlət təltifi hələ heç kimə təqdim olunmayıb. Mənim zənnimcə, ilk növbədə ordenin adı dəyişilməlidir. “Şah İsmayıl”-dan “Xətai” adı daha münasib, məqsədə müvafiq və bugünkü reallığa uyğundur. Eyni zamanda onun statusuna düzəlişlər etmək lazmdır ki, təkcə hərbçilərə deyil, dövlət, mədəniyyət, ictimai-siyasi xadimləri də bu ordenlə təltif etmək mümkün olsun”. (azpolitikainfo)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top