Problemli kreditlərlə bağlı YENİ XƏBƏR

SOSİAL 02 avq 2019, 11:29

Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə əməkdaşlığı nəticəsində əhaliyə 629 milyon manat kompensasiya ödənilib. 

 

“Report” xəbər verir ki, bunu Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov bildirib. 

 

Onun sözlərinə görə, bu vəsait 8 tranş nəticəsində ayrılıb. 

 

“Bu pulun bir hissəsi birbaşa əhaliyə çatıb, bir hissəsi isə vətəndaşların borclarının bağlanılmasına sərf olunub. Nisbət təxminən 50/50-yədir. Bundan başqa, yığılmış cərimələr, dəbbə pulları var idi ki, silinib, bunların da məbləği 126 milyon manatdan çox idi”, - E.Hüseynov vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top