"Qəbələ" Avropa Liqası ilə vidalaşdı

"Qəbələ" Avropa Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb

 

Gürcüstanın “Dinamo” klubu ilə mübarizə aparan “qırmızı-qaralar” bu dəfə Tiflis təmsilçisi ilə səfərdə üz-üzə gəlib. Doğma meydanda 2 cavabsız qola üzülən Sənan Qurbanovun yetirmələrinə mərhələ adlamaq üçün öz qapılarını toxunulmaz saxlamaq şərtilə, 3 qol vurmaq lazım idi. Amma bu işi daha yaxşı görən "Dinamo" Azərbaycan təmsilçisinə heç bir şans verməyib.

 

Avropa Liqası

2-ci təsnifat mərhələsinin cavab oyunu
1 avqust
 
Dinamo – Qəbələ 3:0
Qollar:
L.Şengeliya, 68; 88. K.Karikari, 90+3.
Hakimlər: Petri Vilyanen, Riku Vihreavuri, Mika Lamppu, Dennis Antamo (hamısı Finlandiya).
Tiflis. Boris Payçadze adına stadion.
İlk oyun – 2:0.
 
Dinamo: 1. Perales Najera, 3. Viktor Mongil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya (k), 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutaliya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze.
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Qudza Ruxaya, 4. Abdel Mediub, 6. Bakar Kardava, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arfanq Daffe.
Baş məşqçi: Feliks Miranda.

 

Qəbələ: 1. Anar Nəzirov (k), 2. Amin Seydiyev, 3. İvitsa Zuniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 21. Ferreyra Lopes, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 14. Ülvi İsgəndərov, 19. Rövlan Muradov, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Sənan Qurbanov.

 

(Matc.az)

1 Avqust 2019, 23:29   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß