"İlin sonunda..." — Dolları olanlar MÜTLƏQ OXUSUN

İQTİSADİYYAT 01 avq 2019, 12:04

“FED-in qərarından sonra avro 1.10 dollaradək ucuzlaşıb”.


Demokrat.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov bildirib.


FED-in baza faiz dərəcəsini 25 bənd azaltmasını şərh edən iqtisadçıya görə, yeni qərar bir sıra ciddi dəyişikliklərə səbəb olacaq. Lakin bütün hallarda dollar az riskli valyuta olacaq:


“ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq, illik 2-2,25% səviyyəsinə endirib. FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib. Birincisi, investorlar 50 bənd azalmanın olacağını gözləsələr də, FED 25 bəndlə kifayətləndi. İkincisi, FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Üçüncüsü, bir sıra Mərkəz Bankların o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalmalarının olacağı ilə bağlı bəyanatı da bazara təsir etməkdədir”.


FED-ın qərarından sonra avronun ucuzlaşmasına münasibət bildirən V.Bayramova görə, bu ucuzlaşmanın digər səbəbi Avropa Mərkəzi Bankının növbəti ayın 12-də ehtimal olunan stavka azalamaları ilə bağlıdır:


“Göründüyü kimi, dolların ucuzlaşması nə qlobal, nə də regional gündəmdədir. Ağ Evin təsir və təzyiqləri ilə reallaşan 25 bəndlik azalma da ABŞ pulunun ucuzlaşdırmadı. Bu isə ondan xəbər verir ki, yığım vasitəsi kimi dollar yenə də ən az riskli valyuta hesab olunur”.


FED-in qərarının milli valyutamıza təsirinə gəlincə, Mərkəzi Bank ilin sonuna doğru yeni ssenarilərə hazır olmalıdır:


“İndiki məzənnənin qorunub saxlanmasında Mərkəzi Bankın mövcud müdaxiləsi yenə də həlledici olaraq qalır. İlin sonunda dollara proqnozlaşdırılan tələb artımı fonunda manatın kursu, həmçinin neftin dünya bazar qiymətindən və əsas qeyri-neft ixrac tərəfdaşlarımızdakı milli valyutaların məzənnəsindən asılı olacaq”.(Redaktor.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top