"Qarabağ" darmadağınla növbəti mərhələdə!

Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

 

Ağdam klubu 2-ci təsnifat mərhələsi çərçivəsində İrlandiya çempionu “Dandok”la cavab matçına çıxıb.

 
Bu komandalar arasında bir həftə öncə Dandolkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatmışdı. Bu üzdən də Qurban Qurbanovun yetirmələrinə mərhələ adlamaq üçün ya qolsuz heç-heçə, ya da mütləq qələbə qazanmaq lazım idi.


 
“Dalğa Arena” keçiriləcək qarşılaşma Azərbaycan çempionunun qələbəsiylə yekunlaşıb. Qurbanovun yetirmələri bu rəqibi 3 cavabsız qolla məğlub edib. Qollardan ikisinə isə bu gün doğum gününü qeyd edən komandanın yeni transferi Xayme Romero imza atıb.


 
“Qarabağ” növbəti mərhələdə Kiprin APOEL komandası ilə qarşılaşacaq. “Dandok” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Slovakiya “Slovan”ı ilə mübarizə aparmalı olacaq.
 


UEFA Çempionlar Liqası
II təsnifat mərhələsinin cavab oyunu
 
"Qarabağ" - "Dandok"  - 3:0
Qollar:
X.Romero, 12; 87. A.Silva, 76.
Hakimlər: Sveyn Moen, Maqnus Lundberq və İsaak Başevkin, Siqurd Krinqstad (hamısı Norveç).
Hakim-inspektor: Sabri Çelik (Türkiyə).
UEFA nümayəndəsi: Adonis Prokopiou (Kipr).
Mərdəkan. “Dalğa Arena”.
 
"Qarabağ": 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

"Dandok": 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 3. Brayan Qartlend, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis. 
Baş məşqçi: Vinsent Pert.

(Matc.az)

31 İyul 2019, 22:57   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß